"Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə görüş

     BŞTİ-nin F-145 №-li əmri ilə təsdiq edilmiş "Ailəm və məktəbim” layihəsi çərçivəsində “Hər şey övladımız üçün” başlığı altında məktəbin IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə 9-cu siniflərin rəhbərləri, müəllimlər də iştirak edirdilər. Məktəbin direktoru Məlahət Əliyeva ilk öncə hamını salamladı. Daha sonra o, bu görüşlərin keçirilməsində məqsəd məktəb və valideyn münasibətlərinin səmərəli təşkilindən, böyüməkdə olan gənc nəslin əxlaqi şüurunun formalaşmasından, uşağın cəmiyyətdəki rolunun müəyyənləşdirməsindən, özünü dərk etməsindən, bilik və bacarıqlarını inkişaf etdirilməsindən ibarətdir, söylədi. Görüşdə DİM tərəfindən 1 may 2022-ci il tarixində keçirilən buraxılış imtahanlarının nəticələrinin müzakirə olunması da vacib məsələlərdən biri idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi