Müstəqillik Gününə həsr olunmuş "Dəyirmi masa"
Məktəbdə Müstəqillik Günü ilə əlaqədar “Dəyirmi masa” təşkil edildi. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirildi. Məktəbin direktoru Məlahət Əliyeva "ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığı"nı iştirakçıların nəzərinə çatdırdı. Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular.