“Zəfər tarixi”nə həsr edilən "Açıq dərs"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə ümumi təhsil müəssisələrində 2022-ci ilin aprel-noyabr aylarında interaktiv şəkildə “Zəfər tarixi” adlı "Açıq dərs"lər təşkil edilir. 23 may 2022-ci il tarixində məktəbdə “Zəfər tarixi”nə həsr edilən "Açıq dərs" keçirildi. Məqsəd şagirdləri Zəfər tariximiz barədə məlumatlandırmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan, şəhid olan qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Qarabağ müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra iştirakçılar Zəfər tariximiz barədə izləyicilərə məlumat verdilər. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımız barədə video- süjetlər nümayiş etdirildi. "Açıq dərs" eyni zamanda 44 günlük Vətən müharibəsinin canlı iştirakçısı məktəbin fiziki tərbiyə müəllimi Elşən Cəfərov da iştirak edirdi. Dərsin sonunda məktəbin direktoru Məlahət Əliyeva yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi ən vacib məsələlərdəndir,söylədi.