Məktəbimizdə “Təbiəti qoruyanlar” layihəsinə aid tədbirlər davam etməkdədir.

        Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.

        Məktəbimizin 6 "Ə" sinif şagirdləri biologiya müəllimi Nüşabə Rzayevanın təşkilatçılığı ilə havaların isinməsi, təbiətin oyanışı ilə əlaqədar olaraq çoxalan quşlar üçün yuvalar düzəltmiş və onları məktəbin həyətində əkilmiş ağacların gövdəsinə bərkitmişlər.Onlar həmçinin xüsusi rənglənmiş təkərlərdə güllər dəəkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi