Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan təntənəli parad keçirildi

        P.İsmayılov adına 278 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan təntənəli parad keçirildi. Məktəbin fiziki tərbiyə müəllimi, 44 günlük Vətən müharibəsinin canlı şahidi Elşən Cəfərov məktəbin direktoru Məlahət xanım Əliyevaya raport verdi. O, şagirdləri salamladıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Məktəbin direktoru paradda nitq söylədi. 7"A" sinif şagirdlərinin Ulu Öndərə həsr olunan şeirləri tədbir iştirakçılarının marağına səbəb oldu. Daha sonra şagirdlərin paradda təntənəli keçidi nümayiş olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi