Quş yuvaları

     Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmrinə əsasən Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun görüləcək işlərə start verildi. İlk olaraq Tədbirlər Planına uyğun görüləcək işlərlə kollektiv tanış edilib. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin maarifləndirilməsi, onların ekoloji biliklərinin artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması kimi qlobal məsələlərin həllidir.

    Məktəbin 1 "D" sinif şagirdləri də bu layihəyə qoşuldular. Sinif şagirdləri özləri hazırladıqları quş yuvalarını məktəbin həyətyanı sahəsində olan ağaclara asdılar. Bu işdə uşaqlara ibtidai sinif müəllimi Süsən Mahmudova və valideynlər də böyük dəstək oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi