Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan "Sən elə bir zirvəsən" adlı ədəbi-bədii kompozisiya

           Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. Ulu Öndərin əziz xatirəsini məktəbimizdə daima hörmət və ehtiramla yad edilir. Dahi liderin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlər davam etdirilir. Bu münasibətlə məktəbin akt zalında "Sən elə bir zirvəsən" adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Tədbirdə məktəbin direktoru Məlahət Əliyeva, müəllimlər, valideynlər və məktəbin şagirdləri iştirak edirdilər. Tədbir iştirakçıları səsləndirdikləri şeirlərində, ifa etdikləri musiqilərində Ümummilli Liderə olan sevgiləri bir daha sübut etdirdilər. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Məlahət Əliyeva ulu öndər Heydər Əliyevin mənalı ömür yolundan, dövlətimiz, dövlətçiliyimiz uğrunda misilsiz xidmətlərindən ətraflı söhbət açdı. Tədbir uğurla yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi