23 Aprel-Oxu günü
19-23 aprel 2022-ci il tarixlərində "Oxu günü"çərçivəsində şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və kitabın təbliği istiqamətində məktəbin kitabxanasında tədbirlər təşkil edildi. Bakı Şəhər Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədilə “Oxu günü” çərçivəsində aprelin 22-də məktəb kitabxanasında fəal oxucularla görüş keçirildi. Şagirdlər oxuduqları əsərlərdən maraqlı hissələri yoldaşları ilə paylaşdılar.