Ulu öndər Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın anadan olmalarının 99-cu ildönümünə həsr olunan şeir müsabiqəsi

     Məktəbimizdə Ulu öndər Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın anadan olmalarının 99-cu ildönümü ilə əlaqədar olaraq şeir müsabiqəsi keçirildi. Tədbirin keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.

       İbtidai sinif şagirdləri arasında keçirilən müsabiqədə məktəbin direktoru Məlahət Əliyeva çıxış edərək, Azərbaycan Respublikasının qurucusu,dahi şəxsiyyət, Ümummilli Lider, əvəzsiz insan Heydər Əliyev bizim qəlbimizdə əbədi yaşayır. Onu yad etmək bizlərin mənəvi borcudur, söylədi. Şagirdlərin Ümummilli Liderə və akademik Zərifə Əliyevaya həsr etdikləri bir-birindən mənalı şeirləri tədbir iştirakçılarının marağına səbəb oldu. Münsiflərin seçimi ilə şagirdlər I,II,III yer olmaqla Fəxri fərmanla mükafatlandırıldılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi