"Gənclərin insan hüquqları və gender bərabərliyi
Məktəbin VIII-IX sinif şagirdləri ilə "Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tədbir təşkil edilmişdir. Məktəbin təşkilatçısının,UBTR-nin və psixoloqların ştirakı ilə təşkil edilən tədbirdə əvvəlcə mövzu ilə bağlı slayd nümayiş etdirildi, sonra isə müəllimlər insan hüquqları və onların qorunması yolları ilə bağlı, həmçinin gender bərabərliyi, onun ətraf mühit üçün faydası və s. haqqında fikirlər səsləndirdilər. Mühakimə xarakterli davam edən tədbirdə şagirdlər arasında debat təşkil edilmişdir.