"Şahin" hərbi-idman oyunu

     Aprelin 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin, Suraxanı rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdlərindən ibarət 35 komanda ilə "Şahin" hərbi-idman oyunu üzrə Suraxanı rayon birinciliyi keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzinin həyətində təşkil olunmuş tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, müavini Könül xanım Axundova, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin, Suraxanı rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin, Bakı Şəhər Gənclər və İdman baş idarəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Suraxanı Gənclər evinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər.

      Məktəbin 8-10-cu sinif şagirdlərinin "Şahin"hərbi-idman oyunu üzrə təşkil olunan yarışlarda iştirakı təmin edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi