Mütaliə vərdişlərinin inkişaf etdirilməsi
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində,mənəvi aləminin zənginləşməsində mütaliənin rolu böyükdür. Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması aşağı siniflərdən başlayır. Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərin oxu savadının artırılması, dünyagörüşünün formalaşdırılması məqsədilə kitablarla daha yaxından tanış olmaq üçün 1"Ə" sinif şagirdləri ibtidai sinif müəllimi Validə Fətullayevanın iştirakı ilə məktəbin kitabxanasında oldular. Kitabxanaçı Şamama Həsənova onlar kitabxanada olan müxtəlif məzmunlu kitablarla tanış etdi. Əsasən uşaqlar üçün olan nəfis tərtibatlı kitablar şagirdlərin böyük marağına səbəb oldu.