Şagirdlərlə maarifləndirici söhbət aparıldı
Azərbaycan Respublikası Prezidentinin 09.08. 2018-ci il tarixli 393 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"na əsasən şagirdlərin icbari dispanserizasiyasının həyata keçirilməsi sahəsində tədbirlər davam etdirilir. Bu gün məktəbimizin həkimi və tibb bacısı uşaqlar arasında yaranmış müxtəlif cür xəstəliklərin erkən aşkar edilməsi və onların aradan qaldırılması üzrə tibbi baxış keçirdilər.