“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi
BŞTİ-nin 11 fevral 2022-ci il F-61 nömrəli əmrinə əsasən məktəbdə “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin keçirilməsi işi həyata keçirilir. Bu məqsədlə məktəb kitabxanasında müsabiqəyə qoşulan şagirdlərlə görüş keçirildi. Məktəbin kitabxanaçısı Şamama Həsənova onlara kitab seçimində tövsiyələr verdi, bədii əsərlərin uşaqların mənəvi tərbiyəsindəki müsbət rolundan danışdı. Şagirdlərə müsabiqənin gedişində uğurlar arzulayırıq.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması,istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir.