İrəvan müəllimlər seminariyasının 140 illiyinə həsr olunan "Dəyirmi masa"
Məktəbimizdə Təhsil Nazirliyinin 08 fevral 2022- ci il F-53 nömrəli əmrinə əsasən "Ìrəvan Mūəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" Tədbirlər Planına uygun olaraq “Dəyirmi masa” təşkil edildi. Şagirdlər dəyirmi masa arxasında toplaşaraq XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olduğu haqqında diskusiyya etdilər. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyasının çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərdiyi barədə müzakirələr aparmış, fikirlərini maraqlı faktlarla möhkəmlətmişlər. Tədbirdə çıxış edən məktəbin direktoru Məlahət Əliyeva İrəvan mahalının ziyalıları haqqında geniş məlumat verdi.