"Bizim böyük Qələbəmiz" adlı kitabın təqdimatı

      Məktəbdə "Bizim böyük Qələbəmiz" adlı kitabın təqdimatı ilə əlaqədar "Dəyirmi masa" təşkil edildi. Məktəbin direktoru Məlahət Əliyeva Şanlı Qələbəmizə həsr olunmuş kitablar haqqında məlumat verərək bildirdi ki, uşaqlar üçün nəzərdə tutulan “Bizim böyük Qələbəmiz” kitabı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən  biridir  və bu kitabın çap edilməsində əsas məqsəd uşaqlarda doğma vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi