31 Mart Soyqırımı Günü

               1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.

               Məktəbin Fəaliyyət planına uyğun olaraq 31 Mart Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa təşkil olundu. Məktəb rəhbərliyinin, müəllimlərin, şagirdlərin iştirak etdiyi tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, müxtəlif təqdimatlar göstərildi. Şagirdlərin hazırladıqları səhnəcik hər kəsin marağına səbəb oldu. Tədbirdə videoçarx nümayiş etdirilmiş, şagirdlərə erməni cəlladlarının törətdikləri vəhşiliklər, günahsız insanlara verdikləri zülmlər barədə məlumatlar verilmişdir. Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi