IX siniflərin şagirdləri üçün buraxılış imtahanı fənn bloku üzrə monitorinq
IX siniflərinin şagirdləri üçün buraxılış imtahanı fənn bloku üzrə monitorinq təşkil olundu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtadhanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaq, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir. Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanıldı. Monitorinqə rəhbərlik tərəfindən təyin olunan müəllimlər nəzarət edirdilər.