Bədii ədəbiyyatda Novruz ənənələri
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 6-cı bəndinə müvafiq olaraq məktəbin kitabxanaçısı Şamama Məmmədovanın rəhbərliyi ilə tədbir keçirildi. Şagirdlərin iştirakı ilə məktəb kitabxanasında baş tutan "Bədii ədəbiyyatda Novruz ənənələri"adlı tədbirdə məqsəd şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq və adət-ənənələrə sevgi aşılamaqdan ibarətdir.