İstedadlı şagirdimizin rəsm sərgisi

    09.03.2022-ci il tarixdə məktəbimizdə istedadlı şagirdlərin qabiliyyətinin üzə çixarılması, inkişaf etdirilməsi məqsədilə 3 "Ə" sinif şagirdi Qocayeva Ülkər Cəlal qızının fərdi sərgisi təşkil edildi. Sərgidə Ülkərin şəxsi rəsm kolleksiyasından müxtəlif mövzulara həsr olunmuş rəsm əsərləri nümayiş etdirildi. Məktəb kollektivi, şagirdlər rəsm əsərlərini böyük maraqla izlədilər. Sərgidə iştirak edən məktəbin direktoru Məlahət Əliyeva öz çıxışında bildirdi ki, Ülkər balamızın bu istedadı həm valideynlərinə, həm də bizə böyük qürur hissi yaşadır. Məktəbimizin bütün istedadlı şagirdləri ilə fəxr edir və belə sərgilərin davamlı olmasını arzulayırıq. Sonda Ülkər Qocayeva Fəxri Fərmanla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi