"İdman viktorinası" təşkil edildi
28 fevral – 4 mart 2022-ci il tarixində “İdman həftəsi” ilə bağlı məktəbin Tədbirlər Planına əsasən, 5 "B" sinif şagirdlərinin iştirakı ilə əyləncəli idman viktorinası təşkil edildi. Əvvəlcə Olimpiya oyunlarının tarixi, keçirilməsi və Azərbaycanı nüfuzlu beynəlxalq yarışlarda təmsil etmiş idmançılarımız haqqında ümumi məlumat verilmiş,daha sonra isə əyləncəli idman viktorinasının sualları səsləndirilmişdir. Şagirdlər komandalar şəklində yarışaraq sualları cavablandırdılar.