Komandalar arasında voleybol yarışı keçirildi
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədi ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir. Məktəbimizin fiziki tərbiyə müəllimi Aytən Kərimovanın təşkilatçılığı ilə şagirdlərdən ibarət komandalar arasında voleybol yarışı keçirildi.