Olimpiya oyunları haqqında xüsusi dərs təşkil edildi
Təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə Təhsil Nazirliyi tərəfindən "5 mart-Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində 28 fevral-4 mart 2022-ci il tarixlərində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi təklif edilmişdir. Layihə çərçivəsində məktəbin idman müəllimi Fidan Kazakova Olimpiya oyunları haqqında şagirdləri məlumatlandırmaq məqsədilə xüsusi dərs təşkil etdi. Dərsdə Olimpiya oyunları haqda geniş məlumatlar verildi, video təqdimatlar izləndi. Dərs şagirdlərin böyük marağına səbəb oldu.