Gənclərin sağlam həyat tərzi haqqında maarifləndirmə işi
Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə "Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planına əsasən məktəbimizdə maarifləndirmə işi həyata keçirildi. Maarifləndirmə işinin keçirilməsində məqsəd insanların sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması,müalicə -profilaktik xidmətin yaxşılaşdırılmasıdır. Direktor müavinləri və UBR-nin iştirakı ilə müxtəlif yaş kateqoriyaları üzrə şagirdlərlə keçirilən söhbətlər zamanı mövzuya uyğun olaraq videoçarxlar nümayiş olundu.