"Xocalı faciəsi-qan yaddaşımızdır" adlı inşa müsabiqəsi

Məktəbin Fəaliyyət planına uyğun olaraq "Xocalı faciəsi"nin otuzuncu ildönümünə həsr olunan silsilə tədbirlər davam edir. Məktəbin 8"C" sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir Əhmədovanın rəhbərliyi ilə inşa yazı müsabiqəsi keçirildi.
İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün zənginləşdirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.