“Xocalı faciəsi və faciəyə gedən yol” mövzusunda “Dəyirmi masa”
Fevral ayının 23-də məktəbin Fəaliyyət Planına uyğun olaraq Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunan “Xocalını unutmadıq!" adlı “Dəyirmi masa” təşkil olundu. Tədbirdə 6-cı sinif şagirdləri iştirak edirdi. Texnologiya və təsviri incəsənət müəllimlərinin təşəbbüsü ilə təşkil olunan tədbirdə şagirdlərin əl işləri, rəsmləri nümayiş olundu. Daha sonra şagirdlər Xocalıya həsr olunan şeirlər söylədilər,musiqilər səsləndirdilər. Eyni zamanda videoçarxlar nümayiş etdirildi.