"Beynəlxalq Ana dili Günü" qeyd edildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 7 "A" sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Rüstəmovanın rəhbərliyi ilə 21 fevral "Beynəlxalq Ana dili Günü" münasibətilə "Dəyirmi masa" təşkil etdi. Şagirdlər S.Vurğunun “Vaqif” dramından bir səhnəni təqdim etdilər. Ana dilimizin gözəlliyindən, saflığından bəhs edən şeirlər söylədilər. Sonda məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək iştirakçılara öz minnətdarlığını bildirdi.