Tarix,coğrafiya aylığı çərçivəsində "Dəyirmi masa" keçirildi
Məktəbimizdə Fəaliyyət planına uyğun olaraq tarix,coğrafiya aylığı çərçivəsində "Dəyirmi masa" keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra açılış üçün söz məktəbin tarix müəllimi Mehriban Məmmədovaya verildi. Şagirdlərin iştirakı ilə yaradılan səhnələr tədbir iştirakçılarının zövqünü oxşadı. "Tomris", Bəyim xanım", "Babək", "Dədə Qorqud" kimi obrazların canlandırılması tədbirə ayrı bir rəng qatdı. Daha sonra söz coğrafiya müəllimi Nazlı Məmmədovaya verildi. Sonda çıxış edən məktəbin direktoru Məlahət Əliyeva tədbiri ərsəyə gətirənlərə öz təşəkkürünü bildirdi və "Tariximiz bizim varlığımızdır. onu heç vaxt unutmamalıyıq. Tariximizi öyrənmək və onu gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur" söylədi.