Şagirdlər kimya laboratoriyasında "Azotun alınması"nı təcrübə etdilər
Bu gün məktəbimizin kimya müəllimi Telli Həsənovanın 9 "E" sinfində "Azot və onun alınması" mövzusunda təşkil etdiyi nümunəvi dərs fəal təlimin tələblərinə cavab verməklə yanaşı,şagirdlərdə təcrübə aparmaq qabiliyyətini inkişaf etdirir və kimya fənninə sevgini daha da artırır. O, şagirdləri azot yarımqrup elementləri və onların kimyəvi xassələri ilə tanış etdi. Şagirdlər təcrübələri maraqla izlədilər.