Şagirdlərin Respublika fənn olimpiadalarında iştirakı təmin edildi
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvarın 22-də keçirildi. Qeyd edək ki, respublika fənn olimpiadaların təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilirdi. Bu mərhələdə iştirak edən şagirdlərə uğurlar arzulayırıq.