Məktəbin kitabxanasında "Düşünən oxucu" müsabiqəsinin məktəb mərhələsi keçirildi
19.01.2022- ci il tarixində məktəbin kitabxanasında Azərbaycan Respublikası Təhsil Nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmrinə əsasən təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə "Düşünən oxucu" müsabiqəsinin məktəb mərhələsi təşkil olundu.Müsabiqədə şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimləri Cəmilə Rüstəmovanın,Cəvahir Əhmədovanın və təşkilatçı Vəfa Sarıyevanın münsifliyi ilə seçilən şagirdlər müsabiqənin növbəti turuna iştirak hüququ qazandılar.