20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar ədəbi-bədii kompozisiya təşkil edildi
19 yanvar 2022-ci il tarixində məktəbdə Tədbirlər Planına uyğun olaraq 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş "Azadlığa gedən yol" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin direktoru Məlahət Əliyeva,müəllimlər və şagirdlər iştirak edirdilər. Şagirdlər vətənpərvərlik,azadlıq mövzusunda şeirlər səsləndirdilər, mahnı nümunələri ifa etdilər, səhnəciklər hazırladılar. Video təqdimatlar nümayiş olundu. Tədbirdə çıxış edən məktəbin direktoru Məlahət Əliyeva çıxışında "20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir" söylədi. O, Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlamalı olduğumuzu şagirdlərə tövsiyə etdi.