Valideynlərlə görüş
7 oktyabr 2016-cı il tarixində məktəbimizin akt zalında valideyn iclası keçirildi. İclasda məktəb direktoru Məlahət xanım Əliyeva çıxış edərək valideynləri 2015-2016-cı dərs ilinin nəticələri ilə tanış etdi. İclasda 2016 - 2017-ci dərs ilində pedaqoji kollektivin və şagirdlərin qarşısında duran vəzifələrdən söhbət açıldı. Məktəbdə valideynlərnən müntəzəm görüşlər keçirməyin vacibliyi vurğulandı. Valideynlərin fikirləri dinlənildi, onları maraqlandıran suallara cavab verildi.