Müəllimlərə ünvanlanan Dünya Azərbaycanlılarının Həmrəylik Günü təbriki
Dekabrın 30-da, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə məktəbimizin direktoru Məlahət Əliyeva pedaqoji kollektivi ürəkdən təbrik etdi və onlara ən xoş arzularını çatdırdı. O, bildirdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan və azərbaycançılıq məfkurəsinin təcəssümü olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Vətənə bağlılığın, milli birliyin, həmrəyliyin qürurunu yaşayırlar. Qürurverici haldır ki, hər birimiz üçün əziz və əlamətdar olan bu bayramı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qalib ölkə kimi qeyd edirik.
Bayram təbriklərinə qoşulan şagirdlərin səsləndirdikləri şeirlər hər kəsin marağına səbəb oldu. Sonda məktəb rəhbərliyi tərəfindən məktəbin ictimai işlərində fəallıq göstərən bir neçə müəllim Fəxri Fərmanla təltif olundu.