Şagirdlərimizin "Xalqa bağışlana ömür" adlı şeir müsabiqəsində uğurlu iştirakı
Suraxanı rayon Heydər Əliyev mərkəzi və Suraxanı rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqa bağışlanan ömür" mövzusunda Suraxanı rayon tam orta məktəblərinin 12-14 və 15-17 yaş qrupu üzrə şagirdləri arasında keçirilən şeir müsabiqəsində uğur qazanan şagirdlərimiz təltif olundular. Belə ki, 6 "D" sinif şagirdi Babaşov Ramal və 8 "A" sinif şagirdi Səmidova Zəhra təqdim etdikləri şeirlərin bədiilik səviyyəsi və qiraətçilik bacarığı sayəsində III yerə layiq görüldülər.