"Xalqa bağışlana ömür" mövzusunda inşa yazı müsabiqəsi

    Məktəbimizdə “Heydər Əliyev irsinin öyrənilməsi” istiqamətində humanitar təmayüllü 10 "C" sinfində "Xalqa bağışlana ömür" mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Həsənova Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdikdən sonra şagirdlər Dahi lider haqqındakı düşüncələrini dəftərlərə  köçürdülər. Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi