Oxu bacarıqlarının monitorinqi
2021-2022-ci tədris ilində ibtidai siniflərdə qarşıya qoyulan əsas tələblərdən biri də şagirdlərim oxu bacarıqlarını inkişaf etdirməkdir. Buna görə də məktəbimizdə 2,3,4-cü sinif şagirdlərinin oxuyub anlama və dinləyib anlama üzrə bacarıq və qabiliyyətlərini inkişaf dinamikasını izləmək məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. 3 və 4-cü sinif şagirdləri bir dəfə dinlədikləri mətn üzrə sualları cavablandırdılar. Monitorinqin gedişindən hiss olundu ki, bu vərdiş və bacarıq şagirdlərdə yarandığı üçün daha da inkişaf edir. Monitorinqin nəticələri tez bir zamanda yoxlanılaraq şagirdlərin və müəllimlərin müzakirəsinə veriləcək.