Şagirdlərimiz növbəti diplomu qazandılar

         9 noyabr- Dövlət Bayrağı gününə həsr olunmuş foto müsabiqənin təltif olunma mərasimi keçirilmişdir. 275 nömrəli tam orta məktəbin akt zalında təşkil olunmuş mərasimdə Suraxanı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rəşid Heydərov, aparıcı məsləhətçisi Zülfiyyə Mustafayeva, məktəbin direktoru Elnur Hüseynov iştirak etmişdir.

         Məktəbimizin 8 "C" sinif şagirdi Sabir Hüseynov və 6 "D" sinif şagirdi Babaşov Ramal bu müsabiqədə uğurla iştirak edərək diplomla təltif olundular. Məktəbin direktoru Məlahət xanım Əliyeva şagirdlərimizin hər birini ürəkdən təbrik edərək onlara məktəbin ictimai işlərində hər zaman fəal olmağı və yeni uğurlar əldə etməyi arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi