Hesabat-seçki yığıncağı keçirildi

         Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məktəbimizdə yerləşən Ərazi Partiya Təşkilatında YAP rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə hesabat-seçki yığıncağı keçirildi. Məktəbin akt zalında Ərazi Partiya Təşkilatının sədri məktəbimizin direktoru Məlahət xanım Əliyeva YAP-ın VII qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparıldı, çıxışlar edildi. Məktəbimizdə yerləşən Ərazi Partiya Təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilib. Ərazi Partiya Təşkilatının üzvlərinin səs verməsi nəticəsində sədr Məlahət Əliyeva Avıl qızı, sədr müavini Məzahir Sadıqov Zakir oğlu seçildilər.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Ərazi Partiya Təşkilatının işini qənaətbəxş qiymətləndiridi. YAP Suraxanı rayon təşkilatının sədri gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini verdi, ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi