"Mənim hüquqlarım" adlı bilik yarışında şagirdlərimizin uğuru
Suraxanı Rayon Gənclər və İdman İdarəsi , Suraxanı rayon Heydər Əliyev Mərkəzi və Sport Hall İdman Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə rayon tam orta məktəblərinin 5-6-cı sinif şagirdləri arasında "Mənim hüquqlarım" adlı bilik yarışı keçirilmişdir. Yarışda 11 komanda olmaqla ,ümumilikdə 66 məktəbli iştirak etmiş, komanda üzvləri Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu və BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının müddəalarına dair suallara cavab verdilər. Yekunda müsabiqə nəticələrinə əsasən məktəbimizi təmsil edən "Xarıbülbül" komandası 2-ci yerə layiq görüldü. Yarış qalibləri rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuş , eyni zamanda Atlet Taekvondo Klubu, Legion İdman Klubu və Çinar Rəqs Studiosu tərəfindən asudə vaxtın səmərəli təşkili məqsədilə nəzərdə tutulmuş dərslər məktəblilərə hədiyyə olunmuşdur.