Şəhadətinin bir ili tamam olan kəşfiyyatçı
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Səfərov Şahmar Nazim oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür. Şəhidə həsr olunan anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev və başqaları, Şəhid ailələri, qazilər, Şəhidin doğmaları və yaxınları iştirak edirdilər. Tədbirdə məktəbimizn şagirdlərinin söylədikləri şeirlər hamının marağına səbəb oldu.
Tədbirin təşkilinə və şəhid ailələrinə göstərdiyi diqqətə görə RİH-nin rəhbəri Əziz Əzizova və əziyyəti keçən hər kəsə məktəb rəhbərliyi və kollektivi adından dərin təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin!