Zəfər gününə həsr olunmuş şeir müsabiqəsi
Məktəbin ibtidai sinifləri arasında Zəfər gününə həsr olunan şeir müsabiqəsi keçirildi. Müsabiqədə müxtəlif siniflərdən 40-a yaxın şagird iştirak edirdi. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək 44 günlük müharibədə Ölkə başçısının əzmindən, müzəffər ordumuzun şücaətindən danışdı. O həmçinin "Qazanılan tarixi Qələbənin kökündə Ali Baş Komandanın qəti mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi dayanır" söylədi. Vətən Müharibəsinin gedişi bir daha onu göstərdi ki, bizim tərbiyə etdiyimiz şagirdlər ilk növbədə öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpaq üçün canından keçməyə hazır olan, xalqın adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvər insanlardır.
Müsabiqədə şagirdlər münsiflər heyəti tərəfindən 10 ballıq cədvəl üzrə qiymətləndirildilər. Onların hər birinə müxtəlif kateqoriyalar üzrə Fəxri Fərmanlar təqdim edildi. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərə ölkəmizin tarixini daha dərindən mənimsətmək, onlarda vətənə məhəbbət və sədaqət hisslərini aşılamaq ibarətdir.