Şəhid məzunlara həsr olunmuş anım günü
Məktəbdə "Şəhidlərimiz hər zaman qəlbimizdədir" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər məktəbimizin şəhid məzunları olan Kazımlı Mürsəlin, Mixail Həmidovun, Fərhad Babayevin həyatı, döyüş yolundan söz açdılar, şeirlər səsləndirdilər. Daha sonra onlara həsr olunan videoçarxlar təqdim edildi. Şagirdlər öz çıxışları ilə bir daha vətənpərvər ruhda tərbiyə aldıqlarını və Vətən üçün canından keçməyə hazır olduqlarını sübut etdilər.
Məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazıdığını söylədi. O daima şəhidləri qürurla yad etdiyimizi və bunun mənəvi borcumuz olduğunu vurğuladı.
Tədbirin sonunda isə qonaqlar- şəhid Kazımlı Mürsəlin atası Kamil Kazımov, Mürsəlin ibtidai sinif müəllimi Sadət Əhmədova və məktəbin fiziki tərbiyə müəllimi, 44 günlük müharibənin canlı şahidi Elşən Cəfərov çıxış etdilər. Şəhidin atası öz çıxışında "Mən bir oğul itirdim, amma əvəzində yüzlərlə oğul qazandım. Siz şagirdlər çalışın hər zaman Vətənə, dövlətə sadiq övladlar olun" söylədi.