Partlayış təhlükəsinə qarşı maarifləndirmə
Məktəbdə müəllim və şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi işi həyata keçirilib. Bu işin həyata keçirilməsində məqsəd təhsilalanların mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə xəbərdar etməkdir. Məktəbin Çağırışaqədərki hazırlıq müəllimi Səbuhi Hüseynov şagirdlərə hər hansı xoşagəlməz halların baş verməməsi üçün təhlükəsizlik qaydalarını izah etdi.