5 Oktyabr "Müəllimlər günü" münasibətilə müəllimlərə Fəxri Fərmanlar təqdim edildi
Məktəbimizdə "5 oktyabr-Beynəlxalq Müəllimlər Günü" münasibətilə müəllimlər təltif olundular. Tədbirdə məktəbin direktoru,müavinlər və müəllimlər iştirak ediblər. Məktəbin direktoru Məlahət Əliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib, onlara Uca Tanrıdan can-sağlığı və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Pedaqoji fəaliyyətlərində fərqlənən bir neçə müəllimə Fəxri Fərmanlar təqdim edilib.