Şəhid Mixail Həmidovun övladının təhsil aldığı sinifdə “Anım günü”

Məktəbimizin 1 “C” sinif şagirdləri 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar tədbir keçirdilər. İbtidai sinif müəllimi Laminə Əmirzadənin təşkilatçılığı ilə hazırlanan tədbir məktəbin şəhid məzunu, şəhid valideyni Mixail Həmidova həsr olundu. Tədbir zamanı şagirdlər şəhid haqqında əldə etdikləri məlumatları bölüşdülər. Şagirdlər hazırladıqları şeirləri səsləndirdilər. Mixail Həmidovun Mələyi öz atası ilə hər zaman qürur duyduğunu söylədi.