Şagirdlərimiz bir daha “Qarabağ Azərbaycandır!” dedilər

Sentyabr ayının 29-da V-XI siniflərin əyani tədrisi bərpa olundu. Uzun fasilədən sonra əyani tədrisə başlamağın sevincini yaşayan şagirdlərin ilk dərsləri "Qarabağ Azərbaycandır!" mövzusuna həsr edildi. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan dərslərdə Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi və uzaqgörən daxili və xarici siyasəti nəticəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat verilib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.