“Vətən var olsun" adlı ədəbi-bədii kompozisiya

         Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər ilin sentyabr ayının 27-i “Anım günü” kimi qeyd olunacaq. Bu sərəncamdan irəli gələn əmrlərin icrasına uyğun olaraq məktəbimizin akt zalında “Vətən var olsun” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbir ərəfəsində şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anıldı. Daha sonra şagirdlər vətənpərvərliklə bağlı şeirlər səsləndirdilər, video-slaydlar nümayiş olundu. 44 günlük Vətən müharibəsində iştirak etmiş məktəbimizin fiziki tərbiyə müəllimi Cəfərov Elşən zalda əyləşənlərə müharibə təəssüratlarından danışdı.  9 “A” sinif şagirdi Yusif Ələkbərovun “Xudayar təsnifini” səsləndirməsi tədbiri daha da maraqlı etdi. Sonda məktəbin direktoru Məlahət xanım Əliyeva Vətən Müharibəsində Azərbaycanın parlaq qələbəsindən danışaraq şəhidlərimizə Uca Tanrıdan rəhmət dilədi və Müzəffər Ali Baş Komandana, rəşadətli ordumuza bizlərə yaşatdıqları bu böyük Zəfərə görə hər zaman minnətdar olacağımızı söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi