Şagirdlərimiz “Müzəffər Ordumuzun Zəfər yürüşü” adlı şeir müsabiqəsində uğurla çıxış etdilər

    Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı, Suraxanı Rayon Heydər Əliyev mərkəzi rayon məktəbliləri arasında 27 sentyabr-Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Müzəffər Ordumuzun Zəfər yürüşü” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizi 6 “D” sinif şagirdi Babaşov Ramal, 7 “A” sinif şagirdi Hacıyeva Hürü, 8”C” sinif şagirdi Hüseynov Sabir təmsil edirdi. Şagirdlərimiz müsabiqədə fərqləndikləri üçün Fəxri Fərmanlarla təltif olundular. Məktəbin direktoru Məlahət xanım Əliyeva şagirdləri təbrik etdi və onlara hər zaman Vətənə sadiq övladlar olmağı arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi