Yeni tədris ilində ilk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub

             Sentyabrın 22-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə yeni dərs ilinə start verilib. Məktəbimizdə ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Şagirdlərə şanlı zəfər tarixindən bəhs edilib, Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

    İlk dərs günü məktəb həyatına qədəm qoyan birincilər üçün səbirsizliklə,sevinc və həyəcanla gözlənilən,xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Çünki bu gündən  Zəfər tarixli ənənəvi təhsil başladı.

      Məktəbimizin direktoru Məlahət xanım Əliyeva yeni tədris ilində ilk dəfə məktəbə qədəm qoyan birinciləri,ibtidailəri,eləcə də təhsil işçilərini təbrik etdi, onlara uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi